Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları zamanı 7 polis əməkdaşı yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, etirazçıların hücumları nəticəsində Daxili İşlər Nazirliyinin 7 əməkdaşı yaralanıb, onlardan biri əməliyyat olunub.