Tayvanın şərq sahillərində dənizdə 5,1 bal gücündə təkanlar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 10:07-də baş verib. Zəlzələ 11,7 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.