Gürcüstan parlamenti qırmızı təhlükəsizlik səviyyəsi elan edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti bəyanat yayıb. Məlumata görə, nümayişçilərin binaya soxulmaq cəhdləri ilə əlaqədar qırmızı təhlükəsizlik səviyyəsi elan edilib.
Belə ki, parlament aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, bütün şəxslər Parlament Sarayını tərk etməlidirlər.