Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda xarici agentlər haqqında qanun layihəsini dəstəkləyib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.
“83-ü lehinə, 23-ü əleyhinədir” ikinci oxunuşda qəbul edilib”, - deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurarkən bildirib.