Böyük Britaniyada Şeffilddə 17 yaşlı yeniyetmə məktəbdə bir neçə nəfərə “iti əşya” ilə hücum etdikdən sonra qətlə cəhddə şübhəli bilinərək həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Yorkşir polisinin yaydığı məlumatda deyilir.
Bədən xəsarətləri almış iki şəxs xəstəxanaya yerləşdirilib. 17 yaşlı oğlan şübhəli bilinərək hadisə yerində həbs edilib və hazırda polis bölməsində saxlanılır. Araşdırmalar davam edir.