Belarus hərbçiləri İranda keçirilən antiterror təlimlərində iştirak edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi, general-mayor Valeri Revenko X səhifəsində yazıb.
“Silahlı Qüvvələrin Baş Döyüş Hazırlığı İdarəsinin rəisi, general-mayor Aleksandr Başın rəhbərlik etdiyi Belarus hərbi nümayəndə heyəti komanda-qərargah təlimində iştirak edir (“Təhlükəsizlik kəməri 2024”). Tehranda baş tutan təlimin mövzusu terrorizmlə mübarizədir”, - Revenko qeyd edib.