Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 24 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Daha əvvəl 19 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi.
Çərşənbə günü gecə Meyzhou şəhərində meydana gələn hadisədə 18 avtomobil yoldan çıxaraq bir çuxura uçdu.
Magistral yolun çökməsinə ötən həftə Quanqdonq əyalətində yağan güclü yağışların səbəb olduğu ehtimal edilir.