Netanyahu Blinkeni qəbul edib

13:14 - 1 May 2024 - DÜNYA

İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken hökumət başçısının Qüdsdəki ofisində görüşə başlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, söhbət bağlı qapılar arxasında gedir.

Daha sonra İsrail tərəfinin strateji planlaşdırma naziri Ron Dermer, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi və bir sıra digər yüksək rütbəli rəsmilərin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Blinken Yaxın Şərq turu çərçivəsində İsrailə səfər üçün aprelin 30-da axşam gəlib.

Xəbər xətti