Türkiyədə "İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Erlikaya özünün X səhifəsində yazıb.
“İŞİD terror qruplaşmasına qarşı ölkənin 12 vilayətində həyata keçirilən əməliyyatlar çərçivəsində 41 nəfər saxlanılıb”, - nazir qeyd edib.
Ən çox həbs edilənlər İstanbulda olub - 10. Əməliyyatların keçirildiyi yerlərdə odlu silahlar götürülüb.