Sibir vilayəti Ulan-Udedə kömürlə yüklənmiş vaqonlar relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun Teleqram kanalında məlumat verilib.
İlkin məlumata görə, Ulan-Ude Lokomotiv Vaqon Təmiri Zavodunun ictimai olmayan giriş yolunda manevr işləri apararkən üç vaqon relsdən çıxıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazidə bərpa işləri aparılır.