Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Hadisə yerinə gələn xilasedicilər dağıntılar altından 31 nəfəri xilas ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Dağıntıların təmizlənməsi davam edir. Hadisənin baş vermə səbəbləri araşdırılır