Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisidə parlamentin yaxınlığındakı Rustaveli prospektini etirazçılardan təmizləməyə başlayıb
Ucnoqta.az-ın məlumatına görə bu barədə, TASS xəbər verir.
Bir neçə xüsusi təyinatlı dəstə su şırnaqlarının müşayiəti ilə dərhal müxtəlif küçələrdən Rustaveli prospektinə hərəkət edərək etirazçıların geri çəkilmələri üçün bir yol qoyub. Nümayişçilər geri çəkiliblər. Hazırda vəziyyət stabilləşib. Parlament tamamilə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.