Bu il Norveç hökuməti krallığın büdcəsindən Ukraynaya 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qahr Stör məlumat verib.
Ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) ölkəyə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Pulun qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək. Beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.