Pakistan Dövlət Bankı çərşənbə axşamı Beynəlxalq Valyuta Fondundan 1,1 milyard dollar məbləğində üç tranşın sonuncunun alındığını təsdiqləyib
Ucnoqta.az-ın məlumatına görə, bu barədə The Express Tribune SBP-yə istinadən xəbər verib.
Məlumata görə, bazar ertəsi BVF-nin İcraiyyə Şurası Pakistanın fondla 3 milyard dollar məbləğində “standby” sazişinin şərtlərinə uyğunluğunun ikinci və yekun yoxlanışından sonra qalan vəsaitin buraxılmasını təsdiqləyib.
Nəşrin qeyd etdiyi kimi, İslamabad artıq fondla yeni ortamüddətli müqavilədə maraqlı olduğunu bildirib və bu müqaviləyə əsasən, maliyyə sisteminin qalan çatışmazlıqlarını aradan qaldırmaq, milli iqtisadiyyatın xarici amillərə davamlılığını artırmaq, dayanıqlı və inklüziv iqtisadi artım üçün əsasların yaradılması üçün vəsait əldə etməyi gözləyir.