Stokholmda meymun çiçəyi xəstəliyi artıb

18:15 - 30 Aprel 2024 - DÜNYA

İsveç Səhiyyə İdarəsi Stokholmda mpox (meymun çiçəyi üçün yeni ad) xəstəliyinin yayılmasını araşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilib.

Aprel ayında qeyri-adi yüksək sayda hallar çoxalıb. Söhbət onlarla xəstədən gedir, onların hamısı İsveçdə yoluxub.

Xəstəlik əsasən eyni cinsdən olan partnyorları olan kişilərdə, eləcə də yaxın fiziki təmasda olduqda müşahidə olunur. 

Mpox-a yoluxmuş biri ilə təmasda ola bilən hər kəsə mümkün qədər tez səhiyyə müəssisələri ilə əlaqə saxlamağa çağırılır.

Xəbər xətti