İsveç Səhiyyə İdarəsi Stokholmda mpox (meymun çiçəyi üçün yeni ad) xəstəliyinin yayılmasını araşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilib.
Aprel ayında qeyri-adi yüksək sayda hallar çoxalıb. Söhbət onlarla xəstədən gedir, onların hamısı İsveçdə yoluxub.
Xəstəlik əsasən eyni cinsdən olan partnyorları olan kişilərdə, eləcə də yaxın fiziki təmasda olduqda müşahidə olunur.
Mpox-a yoluxmuş biri ilə təmasda ola bilən hər kəsə mümkün qədər tez səhiyyə müəssisələri ilə əlaqə saxlamağa çağırılır.