Qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində ikinci oxunuşa çıxarıldı

16:25 - 30 Aprel 2024 - DÜNYA

Gürcüstan parlamenti plenar iclasda xarici agentlər haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, deputatlar layihəyə maddə-maddə baxırlar. Parlament çoxluğunun lideri Mamuka Mdinaradze artıq bəyan edib ki, qanun layihəsinin müzakirəsi bir günə tamamlanmaya bilər və o, növbəti günə təxirə salınacaq.

Qeyd edək ki, aprelin 29-da Milli Məclisin Hüquq məsələləri komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Aprelin 17-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Xəbər xətti