Böyük Britaniya kralı III Çarlz xərçəng xəstəliyindən müalicə olunduqdan sonra dövlət işlərinə qayıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatının yaydığı məlumatda deyilir.
Məlumata görə, III Çarlz və həyat yoldaşı Kraliça Kamilla Universitet Kolleci London Xəstəxanasında Macmillan Xərçəng Mərkəzinə baş çəkib, burada xəstələr və işçilərlə görüşüblər.