Keniyada daşqınlar nəticəsində 160-dan çox insan ölüb

14:06 - 30 Aprel 2024 - DÜNYA

Keniyada son bir ayda yağan güclü yağışlar və daşqınlar nəticəsində azı 169 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Təkcə Mai Mahiuda torpaq sürüşməsi 46 nəfərin həyatına son qoyub. Şahidlərin sözlərinə görə, palçıq axınları evləri və dəmiryol relslərini uçurub. Şəhərdə daha 53 nəfər rəsmi olaraq itkin düşənlər siyahısındadır. 

Ümumilikdə 185 min Keniyalı evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb.

Xəbər xətti