Əfqanıstanın qərbində Herat vilayətində məscidə hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Pahjwok” agentliyi məlumat yayıb.
Məlumata görə, hücumu odlu silah olan şəxs həyata keçirib. Bildirilir ki, hücum aprelin 29-da axşam saatlarında Quzar rayonunda baş verib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.