Banqladeşdə rekord istilər - 10 nəfər ölüb

10:39 - 30 Aprel 2024 - DÜNYA

Banqladeşdə son bir həftə ərzində həddindən artıq istilər nəticəsində azı 10 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Dhaka Tribune” məlumat yayıb.

Cənubi Asiya respublikasının 17 bölgəsində havanın temperaturu rekordlar qırıb. Dəkkədə 40 dərəcədən yuxarı qalxıb və 41 dərəcəyə çatıb. Sinoptiklər anomal istilərin yaxın günlərdə də davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Hindistanın mərkəzi və cənub ştatlarında, qonşu Banqladeşdə çətin hava şəraiti müşahidə olunur. Yeni Dehlidə havanın temperaturu normadan bir neçə dərəcə yuxarıdır və külək olmadan 40 dərəcəyə yaxınlaşır. Odişa, Qərbi Benqal, Biharda 45 dərəcə isti qeydə alınıb. Kerala ştatının cənubunda istilər səbəbindən iki nəfər ölüb.

Səlahiyyətlilər əhaliyə xəbərdarlıq edir ki, isti havalarda gün ərzində küçədə gəzməkdən, bol su içməkdən və gərgin idmandan çəkinin.

Xəbər xətti