Qazaxıstanda sabiq DİN rəhbəri saxlanılıb

08:39 - 30 Aprel 2024 - DÜNYA

Qazaxıstanda Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Erlan Turqumbayev saxlanılıb

Ucnoqta.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin sabiq rəisinin saxlanması ilə bağlı məlumat yayılıb.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda yanvar hadisələri ilə bağlı Erlan Turqumbayevə qarşı cinayət işi açıldığı barədə məlumat yayılıb. 

Mart ayında Baş Prokurorluq bəyan edib ki, keçmiş daxili işlər naziri Turqumbayev yanvar hadisələri zamanı asayişin və təhlükəsizliyin təmin olunmaması ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı aparılan istintaq çərçivəsində dindirilib.

Erlan Turqumbayev 1984-cü ildən Daxili İşlər Nazirliyində çalışıb.

2012-ci ildən - Daxili İşlər Nazirinin müavini, 2019-2022-ci illərdə daxili işlər naziri vəzifəsində çalışıb.

Xəbər xətti