Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" Tehrana uçuşların dayandırılmasını mayın 9-dək uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında dərc edilmiş məlumatda deyilir.
Bundan əlavə, aviaşirkət İranın hava məkanına daxil olmaqdan çəkinməyə davam edəcək.
Lufthansa əvvəllər aprelin 30-dək Tehrana uçuşları dayandırıb. Bu qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilib.