Ukrayna NATO-ya daxil olmaq üçün “geri dönüşü olmayan yoldadır”.
Ucnoqta.az xəbər verir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq Kiyevə elan olunmamış səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.
“Ancaq Ukraynanın mümkün qədər tez NATO orduları ilə uyğunlaşması lazımdır, Ukraynanın NATO-ya üzv olması qaçılmazdır”.