ABŞ ümid edir ki, Rusiya “beynəlxalq hüquqa uyğun olaraq Ukraynadakı vəziyyətlə bağlı danışıqlara razı olacaq”.
Ucnoqta.az xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanında Dünya İqtisadi Forumunun tədbirində çıxış edib.
"Bu əsasən Vladimir Putindən və onun indi nə qərar verəcəyindən asılıdır", - ABŞ dövlət katibi deyib.
Onun sözlərinə görə, o, ümid edir ki, Rusiya “beynəlxalq ictimaiyyətin və BMT Nizamnaməsinin əsasında duran əsas prinsiplərə uyğun olaraq səmimi danışıqlara hazır olduğunu nümayiş etdirəcək”.
"Suverenlik, ərazi bütövlüyü, müstəqillik. Əgər onlar düzgün şəkildə təsdiqlənərsə, qətnamə qəbul edilməlidir", - Blinken hesab edir.