Türk Hava Yolları inkişaf strategiyası çərçivəsində təyyarə istehsalçıları "Airbus" və "Boeing" ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin milli aviadaşıyıcısının İdarə Heyətinin sədri Əhməd Bolat məlumat verib.
Türk Hava Yollarının on illik inkişaf planı şirkətin donanmasının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında Türk Hava Yolları Airbus ilə Avropa istehsalçısından 70 milyard dollar dəyərində 355 təyyarə (A312 Neo, A350-900, A350-1000, A350F) almaq üçün müqavilə imzaladığını elan edib.
Türk Hava Yollarının hazırda əsasən yeni nəsil (Airbus və Boeing) olmaqla 440 təyyarə parkı var. Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.