Fransa polisi aktyor Jerar Depardyeni cinsi qısnama ittihamı ilə nəzarətə götürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbəyə istinadən Agence France-Presse (AFP) məlumat yayıb.
Məlumata görə, 75 yaşlı aktyor müxtəlif illərdə iki qadının təzyiqə məruz qalması iddiaları ilə bağlı dindirilir. İlk epizodun 2014-cü ildə "Sehrbaz və Siamlılar" (Magicien et les Siamois, 2015) filminin çəkiliş meydançasında, ikinci epizodun 2021-ci ildə "Yaşıl Panjurlar" (Les Volets verts, 2022) filminin çəkiliş meydançasında baş verdiyi iddia edilir. ).
Aktyor özü isə bütün ittihamları rədd edir.