İsrailin Qəzza zolağının müxtəlif hissələrini bombalaması və atəşə tutması nəticəsində son 24 saat ərzində ən azı 34 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi yayıb.
Səhiyyə Nazirliyinin rəsmi Telegram kanalında yayılan məlumata görə, daha 68 nəfər yaralanıb.
Bununla da həla olanların ümumi sayı 34 488 nəfərə yüksəlib, daha 77 643 nəfər yaralanıb.