Keniyanın mərkəzində bəndin partlaması nəticəsində 40-dan çox adam ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nakuru dairəsinin qubernatoru Syuzan Kihika məlumat verib.
Qubernator bildirib ki, ilkin məlumatlara görə, 42 nəfər həlak olub. İtkin düşənlər var, onların axtarışı davam edir. Bəndin sıradan çıxmasına iki aydır davam edən güclü yağışlar səbəb olub.