Minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlandı

13:21 - 29 Aprel 2024 - ÖLKƏ İÇİ

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.  

12:38

Qazax rayonunda mina hadisəsi baş verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı rayon ərazisində minaya düşüb.

O, xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Xəbər xətti