Çin prezidenti Si Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.
Hua Çuninq bildirib ki, Fransa prezidenti Emmanuel Makron, Serbiya prezidenti Aleksandr Vuçiç, Macarıstan prezidenti Tamaş Szujok və baş nazir Viktor Orbanın dəvəti ilə Çin prezidenti Si Cinpin mayın 5-dən 10-dək bu üç ölkəyə dövlət səfərləri edəcək.