ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfərindən sonra İsrail və İordaniyaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
Diplomat bildirib ki, Blinken bu ölkələrin hakimiyyət nümayəndələri ilə görüşlərdə Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının saxladığı girovların azad edilməsinə imkan yaradan atəşkəsin təmin edilməsi səylərinə və humanitar yardımların həcminin artırılmasına yönələcək.