Ermənistan parlamenti Simonyanın açıqlaması ilə bağlı Rusiya Federasiya Şurasından məktub alıb

16:27 - 26 Aprel 2024 - DÜNYA

Ermənistan parlamentinə Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matvienkonun adından erməni həmkarı Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı göndərilmiş Federasiya Şurasından sorğu daxil olub.

Ucnoqta.az xəbər verir ki, qanunverici orqanın mətbuat katibi Nelli Qulyan TASS müxbirinə bildirib.

Xatırladaq ki, Avropa İttifaqı parlament sədrlərinin konfransında çıxış edən Simonyan Rusiyanı Ukraynaya “işğal etməkdə” ittiham edib və Ermənistanın “Ukraynanın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini” bildirib.

Xəbər xətti