Çin prezidenti Si Cinpin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Çin lideri dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Yığıncaq Salonunda qəbul edib.
Si Cinpin Blinkenlə görüşdə deyib ki, Çin və ABŞ düşmən deyil, tərəfdaş olmalı və ortaq dil axtarmalıdırlar.