İspaniya Ukraynaya Patriot raketlərinin bir partiyasını tədarük edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə El Pais yazıb.
Məlumata görə, az sayda raketin Ukraynaya tədarükü qərarı İspaniya Müdafiə Nazirliyinin 2013-cü ildə Türkiyə və Suriya sərhədində yerləşdirilməkdən imtina edilməsindən sonra verilib.
Materialda deyilir ki, raketlər məhdud sayda olacaq. Çünki İspaniyanın hərbi ehtiyatı təxminən 50 ədəddir və raketlərin özləri çox bahadır.