Yunanıstan Ukraynaya Patriot və S-300 sistemləri verməyəcək - Baş nazir

00:05 - 26 Aprel 2024 - DÜNYA

Yunanıstan Ukraynaya Patriot və ya S-300 zenit-raket komplekslərini (SAM) ötürməyəcək.

 

Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “Skai” telekanalına müsahibəsində bildirib.

 

"Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq hərbi materiallarımız var. Biz bunu etdik və hesab edirəm ki, bu, düzgün seçimdir. Bu cür materialları tapa bildiyimiz üçün biz bunu davam etdirəcəyik. Lakin hava hücumundan müdafiə sistemləri Siz dediyiniz, Yunanıstanın hava məkanını qorumaq üçün ən vacib sistemlərdir və Ukraynaya verilməyəcək”, - baş nazir qeyd edib

Xəbər xətti