Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır.
Bununla yanaşı, şadlıq saraylarında mart ayında qiymətlər 4.2 faiz artıb. Xüsusən 40 manatadək olan menyuların qiyməti daha çox artıb: 6.1 faiz. Qiyməti 40-80 manat olan menyuların dəyəri 4.1 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 2.3 faiz artım qeydə alınıb.
Qeyd edək ki, ümumilikdə ölkə üzrə 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz təşkil edib. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101 faiz təşkil edib. Eyni zamanda, 2024-сü ilin yanvar-mart aylarında tikinti materiallarının istehsalının ümumi dəyəri 274,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb.