Yəmən sahillərində naməlum şəxslər gəmiyə hücum edib
Ucnoqta.az xəbər verir ki, Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Mərkəzi Yəmən sahillərində naməlum şəxslərin gəmiyə hücumu barədə məlumat verib.
UKMTO hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri tövsiyə olunur.