İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan bildirib ki, Yerevan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır.
“Hesab edirəm ki, Ermənistan Azərbaycandan qaz alsa, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”.