Husilər ABŞ esminesinə hücum edib

00:18 - 25 Aprel 2024 - DÜNYA

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə Yəmənin Ənsar Allah hərəkatı (husilər) qüvvələri tərəfindən hücum edilib. 

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi məlumat verib.

Amerika hərbi gəmisindən başqa, raket zərbəsi Ədən körfəzi və Hind okeanında iki ticarət gəmisini hədəf alıb.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) naməlum şəxslərin Cibuti sahillərində gəmiyə hücum etdiyini bildirmişdi.

Xəbər xətti