Amerika hökuməti TikTok sosial şəbəkəsini ABŞ-da qadağan etməyə çalışmır, onun sahibi olan Çin şirkəti ByteDance-dən onu amerikalılara satmasını istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"İlk növbədə, biz açıq şəkildə bildirdik və Konqres üzvləri açıq şəkildə bildirdilər ki, biz TikTok-a qadağa qoyulmasını istəmirik. Bu, qadağa ilə bağlı deyil. Bu, satışla bağlıdır. Bu, bizim Bu, TikTok-dan istifadə edən amerikalılar haqqında deyil, ÇXR-dən olan sahiblər haqqındadır” - sözçü bildirib. O əlavə edib ki, bir çox Amerika şirkəti TikTok almaqda maraqlıdır.