Fransa Rusiyaya qarşı yeni sanksiyalar təklif edir

15:53 - 24 Aprel 2024 - DÜNYA

Fransa Avropa İttifaqına Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.

Ucnoqta.az xəbər verir ki, Bloomberg bu barədə əldə etdiyi sənədə istinadən məlumat yayıb.

Məlumata görə, Paris Fransa hakimiyyətinin Aİ ölkələrinə qarşı “dezinformasiya əməliyyatları” təşkil etməkdə və seçkilərə müdaxilədə şübhəli bildiyi fiziki və hüquqi şəxslərə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini zəruri hesab edir. Belə şəxslər arasında Fransa "Vagner" PMC-nin işçilərini də qeyd edir. Məhdudiyyətlər tətbiq olunarsa, onların Aİ-dəki aktivləri dondurulacaq.

Bloomberg-in məlumatına görə, Fransanın təklifi artıq Latviya, Litva, Hollandiya, Polşa və Estoniya tərəfindən dəstəklənib.

Xəbər xətti