Saxta avro istehsal edən ən böyük sex aşkarlandı - İspaniyada ...

14:25 - 24 Aprel 2024 - DÜNYA

İspaniyanın hüquq-mühafizə orqanları 2 avroluq saxta sikkələrin istehsalı üzrə ölkənin ən böyük sexinin fəaliyyətini dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə milli polisin press-relizində deyilir.

Məlumata görə, əməliyyat Avropa Polis Agentliyi (Avropol) ilə birgə həyata keçirilib. Ləğv edilmiş sex həm də son on ildə Avropada ən böyüyüdür.

Polisin məlumatına görə, cinayət təşkilatı Çindən gələn mühacirlər tərəfindən yaradılıb. Qrup üzvləri İspaniya bazarına 100 minə yaxın, Avropanın qalan hissəsinə isə 400 minə yaxın saxta sikkə çıxarıblar.

2018-ci ildə başlanan istintaq zamanı 10 nəfər saxlanılıb. İstehsal emalatxanası Toledo əyalətindəki anbarda yerləşirdi.

Xəbər xətti