Bakıda yeni metro stansiyası açılacaq

14:19 - 24 Aprel 2024 - Xəbər

"Şərti adı B-04 olan, Bənövşəyi xəttin ümumən 5-ci və yeraltı 4-cü stansiyanın inşasında qazıntı işləri demək olar ki, tamamlanıb. Hal-hazırda stansiyanın səviyyələr üzrə, yerin üst qatından altına doğru 4 səviyyədə son tamamlama işləri üçün hazırlıq gedir. Tamamlama mərhələsinə divar üzlüklərinin vurulması, stansiyada sahələr arası zonalar müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi daxildir".

Ucnoqta.az bildirir ki, bu sözləri açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, paralel olaraq stansiyada infrastrukturun qurulması ilə bağlı işlərə də başlanılması nəzərdə tutulub.

"Artıq eskalatorlar stansiya ərazisindədir. Bundan əlavə, stansiyada qoyulacaq ventilyatorlar da Bakıdadır. Elektrik yarımstansiyasının qurulması istiqamətində təchizatçı şirkətlə fəal işlər aparılır.///mətbuat

Xəbər xətti