Polşa hakimiyyəti Amerikanın Abrams və Koreya K2 tanklarının ekipajlarını hazırlamaq üçün ölkənin qərbində böyük təlim bazası yaratmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Defense24” portalı məlumat yayıb.
Məlumata görə, Poznan şəhəri yaxınlığındakı Bedrusk kəndində quru qoşunlarının təlim mərkəzində yeni tank poliqonu peyda olacaq. Portalın məlumatına görə, yaxın bir neçə il ərzində lazımi infrastruktur yaradılacaq. Qeyd olunur ki, fevralda Poznanda Abrams tanklarının təmiri və texniki xidməti mərkəzi açılıb.