ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə silah tədarükünü bu həftə bərpa edə bilməsi üçün Konqresin təsdiq etdiyi Ukraynaya hərbi yardım haqqında qanun layihələri paketini aprelin 24-də imzalayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin bəyanatında deyilir: “Mən bu qanun layihəsini masamın üzərinə gələn kimi imzalayacağam və Amerika xalqına müraciət edəcəm ki, biz bu həftə Ukraynaya silah və texnika göndərməyə başlaya bilək”, - deyə Bayden bildirib.