Ən çirkin kişilərin olduğu ölkə məlum olub. Nəticələr bir çox insan tərəfindən paylaşıldıqda, ortaya çıxan xüsusiyyətlər və təsnifat sosial mediada trend mövzusu olub.
Sosial şəbəkələrdə paylaşılan maraqlı məzmunlar zaman-zaman trend mövzusuna çevrilir.
Ucnoqta.az xəbər verir ki, 53 mindən çox izləyicisi olan GeoExplanation tərəfindən paylaşılan siyahı sosial medianı silkələdi.
Ən çirkin kişilərin olduğu ölkələr aşağıdakılardır:
5. Vyetnam
Araşdırmaya görə, vyetnamlı kişilər cəlbedici olmadıqları üçün siyahıda 5-ci yerdə qərarlaşıblar. Qeyd olunan detallar arasında onların sağlamlıqlarına fikir verməmələri də var.
4. Səudiyyə Ərəbistanı
Bir az sərt xasiyyətli olduqları üçün səudiyyəlilər qadınlar tərəfindən “cəlbedici olmayan” siyahısına daxil edilib.
3. Almaniya
Qadınlar alman kişilərinin aqressiv davrandıqlarını bildirib və onları “kobud” adlandırıblar. Buna görə də alman kişilər siyahıda 3-cü yerdədir. Digər tərəfdən alman qadınları üçün də oxşar xüsusiyyətlərdən söz edilərək, onların cəlbedici olmadığı vurğulanıb.
2. İngiltərə
İllərdir ən çirkin ölkə kimi İngiltərənin seçildiyi bildirilib. Geoexplanationda verilən açıqlamaya görə, qadınlar ümumiyyətlə britaniyalı kişilərin diş quruluşunu və saç düzümlərini bəyənmirlər. Onların dəbə uymadıqları və köhnəldikləri də bildirilir.
1. İrlandiya
İrlandiya dünyanın ən çirkin kişiləri siyahısında birinci yerdədir. Bildirilib ki, onların qadınları “dünyanın ən gözəlləri” siyahısında olsa da, kişiləri çirkin seçilib.
GeoExplanationın verdiyi açıqlamaya görə, dünyanın ən yaraşıqlı kişilərinin olduğu ölkə İspaniyadır.