ABŞ Senatında Ukrayna üçün əlavə büdcə ayırmaları ilə bağlı qanun layihəsi nəzərdən keçirildiyi üçün ABŞ administrasiyası Kiyevə 1 milyard dollarlıq hərbi yardım paketi hazırlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Reuters məlumat yayıb.
Məlumata görə, hakimiyyət bu həftə Senatda qəbul ediləcəyi və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanacağı gözlənilən qanun layihəsinin vəsaitindən istifadə edəcək.
Yardım paketinə nəqliyyat vasitələri, Stinger insan-portativ hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatı, HIMARS reaktiv yaylım atəş sistemləri, 155 mm-lik artilleriya sursatları, TOW və Javelin tank əleyhinə raketləri və "dərhal döyüş meydanında istifadə edilə bilən" digər silahlar daxildir.