İspaniyada 12 tondan çox həşiş müsadirə edilib

14:50 - 23 Aprel 2024 - DÜNYA

İspaniya Mülki Qvardiyası Əndəlus muxtariyyətində narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinən 63 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının bəyanatında deyilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin daşınması üçün 13 qayığın qarşısını alıblar. 12 tondan çox həşiş və 634 kq kokain müsadirə edilib.

Əməliyyatın hələ başa çatmadığı qeyd edilir.

Xəbər xətti