Dubay Beynəlxalq Hava Limanı (DXB) aprelin 22-dən etibarən BƏƏ üçün rekord qıran leysan yağışlar nəticəsində pozulan normal fəaliyyətini tam bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə əmirliyin hava limanlarını idarə edən Dubai Airports məlumat yayıb.
Bildirilir ki, dünyanın ən böyük hava limanlarından birinin fəaliyyəti vaxtından əvvəl bərpa edilib.
Pis hava şəraiti zamanı 2155 reys təxirə salınıb, daha 115 reys isə başqa hava limanlarına yönləndirilib.